2026-2027-ci tədris ili üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak edən kimya müəllimi Könül Əsgərlinin nəticəsi yenidən hesablanaraq artırılıb.
AzEdu.az-a açıqlama verən Könül müəllimin yenilənmiş nəticəyə əsasən balı 97.075 olub.
Bu göstərici ilə o, Bakı şəhəri üzrə 1-ci, respublika üzrə isə 5-ci yerdə qərarlaşıb.
Könül Əsgərli ixtisasca kimya müəllimidir. O, yenilənmiş nəticə ilə MİQ müsabiqəsinin ən yüksək bal toplayan namizədləri sırasında yer alıb.
Qeyd edək ki, nəticəsi artırılan kimya müəllimi Könül Əsgərli daha əvvəl müəllimlərin sertifikatlaşdırılması imtahanında da 51 bal toplayıb və İmişli rayonunda müəllim kimi fəaliyyət göstərib. Gənc müəllim gələcəkdə pedaqoji fəaliyyətini Bakı şəhərində davam etdirməyi planlaşdırır.
Xatırladaq ki, nəticələrin yenidən qiymətləndirilməsi prosesindən sonra bəzi namizədlərin ballarında dəyişiklik qeydə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.