AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin uşaqları yay düşərgəsində unudulmaz anlar yaşayırlar

  • + A
  • - A
  • Bu gün, 13:20

    “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin uşaqları yay düşərgəsində unudulmaz anlar yaşayırlar

    Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin uşaqları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəstəyi ilə təşkil olunan yay düşərgəsində iştirak edirlər.

    Düşərgənin ilk günündən etibarən uşaqlar üçün maraqlı və əyləncəli proqram təşkil olunub. Onlar yeni dostlar qazanıb, müxtəlif oyunlarda, inkişafetdirici məşğələlərdə və komanda fəaliyyətlərində iştirak edərək sevinc dolu anlar yaşayıblar.

    Yay düşərgəsi uşaqların həm səmərəli istirahət etməsinə, həm də sosial bacarıqlarını inkişaf etdirməsinə, yeni bilik və təcrübələr qazanmasına imkan yaradır. Təhlükəsiz, qayğıkeş və səmimi mühitdə keçirilən bu proqram onların fiziki və psixoloji inkişafına müsbət töhfə verir.

    Layihənin əsas məqsədi uşaqların asudə vaxtını faydalı təşkil etmək, onların cəmiyyətə inteqrasiyasını dəstəkləmək və xoş xatirələrlə zəngin yay tətili keçirmələrini təmin etməkdir.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən bu təşəbbüs bir daha göstərir ki, uşaqların xoşbəxtliyi və üzlərindəki təbəssüm görülən işlərin ən dəyərli nəticəsidir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR