AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Betonlanan ağac dibləri Sabunçuda yaşayan sakinlərin narahatlığına səbəb olub - Fotolar

  • + A
  • - A
  • Bu gün, 15:24

    Betonlanan ağac dibləri Sabunçuda yaşayan sakinlərin narahatlığına səbəb olub - Fotolar


    Sabunçu rayonu, Sabunçu şəhər yolu ilə Elşən Mehdiyev küçəsinin orta hissəsində ağacların vəziyyəti ilə bağlı narazılıq yaranıb.

    Məlumata görə, ərazidə 4-5 ağacın dibi tamamilə beton və daşla örtülüb. Ağacların köklərinin beton örtüyü qaldırdığı, yarpaqların saralıb qaraldığı, budaqların isə quruyaraq küləyin təsiri ilə qırıldığı bildirilir.

    Sakinlərin sözlərinə görə, ağacların bəzi budaqları yol istiqamətində, hətta avtomobillərin üzərinə doğru uzanıb. Bu isə həm ağacların sağlamlığı, həm də yoldan keçən nəqliyyat vasitələri və insanlar üçün təhlükə yarada bilər.

    Vətəndaş Eynur Rüstəmov məsələ ilə bağlı sosial şəbəkə vasitəsilə müraciət edərək ağacların dibindəki beton və daş örtüyünün götürülməsini, kök hissəsinin torpaq və yaşıllıqla təmin edilməsini, qurumuş budaqların budanmasını və ağacların zərərvericilərdən qorunması üçün müvafiq tədbirlər görülməsini xahiş edib.

    Onun sözlərinə görə, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə iki dəfə müraciət olunub və müraciətlərin aidiyyəti əməkdaşlara yönləndirildiyi bildirilib. Lakin vətəndaş ərazidə real tədbir görüldüyünü müşahidə etmədiyini deyir.

    Sakinlər hesab edir ki, ağacların tam qurumasını və budaqların kiminsə avtomobilinə, yaxud insanın üzərinə düşməsini gözləmədən əraziyə baxış keçirilməli, ağacların vəziyyəti qiymətləndirilməli və zəruri aqrotexniki tədbirlər görülməlidir.

    Sakinlər məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin, Bakıxanov Bələdiyyəsinin və aidiyyəti yaşıllaşdırma qurumlarının tədbir görməsini gözləyir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR