Anar Nəcəflinin işdən çıxarılması xəbəri təsdiqini tapmadı - YENİLƏNİB

Ötən gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin işdən çıxarılması ilə bağlı məlumat yayılmışdı.
A.Nəcəfli məlumatı dəqiqləşdirmək üçün onunla əlaqə saxlayan jurnalistlərə "yollarla bağlı sorğunuz varsa, buyurun", - deyə bildirib.
Beləliklə, AAYDA-nın Mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin tutduğu vəzifədən azad edilməsi barədə yayılan xəbər təsdiqini tapmayıb.
***
23:44
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli tutduğu vəzifədən azad edilib.
Bakıvaxtı.az gununsesi.info-ya istinadən xəbər verir ki, Anar Nəcəfli artıq AAYDA-nın Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışmır.
Qeyd edək ki, Anar Nəcəfli fəaliyyəti dövründə media nümayəndələrinin sorğularına cavab verməməsi və jurnalistlərlə kommunikasiya baxımından passiv mövqe nümayiş etdirməsi ilə bağlı dəfələrlə tənqid olunub.
Xüsusilə yol infrastrukturu ilə bağlı jurnalistlərin bir sıra sorğularının cavabsız qalması onun fəaliyyəti ilə bağlı narazılıqlara səbəb olub.
Onun vəzifədən azad edilməsinin səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.