"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) bu gün Özbəkistanın "Davr Bank"ının nəzarət səhm paketininəldə edilməsinə dair müqavilə imzalayacaq.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan IV Regionlararası Forumunda deyib.
"Bu gün ABB-nin iştirakı ilə tərəfdaşlıq və "Davr Bank"da payın əldə edilməsi yolu ilə Özbəkistan bazarına çıxışın təməlini qoyacaq müqavilə imzalanacaq", - nazir qeyd edib.
Xatırladaq ki, bu ilin may ayında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın 2026-cı ilin ikinci yarısında Özbəkistanın "Davr Bank"ının səhmlərinin 51 %-nin satın alınmasına dair sövdələşməni yekunlaşdırmağı və Özbəkistan bazarında əməliyyatlara başlamağı nəzərdə tutduğunu açıqlamışdı.
A.İbrahimov qeyd edib ki, Özbəkistanda bankın alınması çərçivəsində ABB-nin investisiyalarının həcmi 100 milyon ABŞ dollarını ötəcək.
"Davr Bank" 2001-ci ilin sentyabr ayından Özbəkistan ərazisində fəaliyyət göstərir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.