AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“AzInTelecom” beynəlxalq kibertəhlükəsizlik platformasında mövqeyini gücləndirdi

  • + A
  • - A
  • Bu gün, 14:22

    “AzInTelecom” beynəlxalq kibertəhlükəsizlik platformasında mövqeyini gücləndirdi

    AZCON Holding-ə daxil olan “AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq “FIRST” təşkilatına üzv qəbul olunub.

    Bu üzvlüklə şirkətin “Transport CERT” komandası Azərbaycanda nəqliyyat sektoru üzrə sahəvi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi kimi beynəlxalq səviyyədə tanınıb. Komandanın fəaliyyəti “FIRST” tərəfindən tətbiq olunan “SIM3” modeli əsasında qiymətləndirilib və keçirilən yerində baxış zamanı beynəlxalq tələblərə uyğunluğu təsdiqlənib.

    Yeni status “AzInTelecom”a beynəlxalq tərəfdaşlarla kiberhücumlara qarşı daha çevik əməkdaşlıq aparmaq, MISP platforması vasitəsilə kibertəhdidlər barədə məlumat mübadiləsi həyata keçirmək, həmçinin “FIRST”in işçi qruplarında iştirak etmək və səsvermə hüququ əldə etmək imkanı yaradır.

    Şirkətin “FIRST” ailəsinə qoşulması onun kibertəhlükəsizlik istiqamətində beynəlxalq standartlara uyğun fəaliyyətinin göstəricisi olmaqla yanaşı, qlobal kibertəhlükəsizlik ekosistemində etibarlı tərəfdaş kimi mövqeyini də möhkəmləndirir. Bununla “AzInTelecom” “Google”, “Amazon”, “Microsoft”, “Apple”, “Cisco” və “CrowdStrike” kimi qlobal texnologiya şirkətləri ilə eyni beynəlxalq platformada təmsil olunur.

    Bu əməkdaşlığın Azərbaycanın nəqliyyat sektorunda kiberdayanıqlılığın artırılmasına, insidentlərə operativ müdaxilə imkanlarının genişləndirilməsinə və ölkənin ümumi rəqəmsal təhlükəsizlik potensialının gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.

    “AzInTelecom” fəaliyyətini Azərbaycanın 2023–2027-ci illər üzrə İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyasının prioritetlərinə uyğun şəkildə davam etdirir. Şirkət texnoloji imkanlarını və beynəlxalq əməkdaşlıqlarını genişləndirərək ölkənin rəqəmsal təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verməyi qarşısına məqsəd qoyub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR