ABŞ administrasiyasının xarici vətəndaşlara verilmiş 200 minədək turist və biznes vizasını ləğv etmək planı turistlərin böyük əksəriyyətinə təsir etməyəcək.
Rusiya Turizm Operatorları Assosiasiyasının (ATOR) məlumatına görə, 2022-ci ildən etibarən Rusiya vətəndaşlarına ABŞ-a yeni turist və biznes vizaları demək olar ki, verilmir. Buna görə də planlaşdırılan məhdudiyyətlər əsasən 2022-ci ildən əvvəl viza almış, hazırda ABŞ-da olan və sığınacaq üçün müraciət etmiş rusiyalılara şamil oluna bilər.
ATOR qeyd edib ki, rusiyalı turist və işgüzar səfər edənlərin böyük əksəriyyəti üçün bu qərarın praktiki əhəmiyyəti yoxdur.
Bundan əvvəl Associated Press ABŞ Dövlət Departamentinin sənədlərinə istinadən yazıb ki, ABŞ administrasiyası ölkədə sığınacaq istəyən və ya bu prosesdə olan əcnəbilərin turist və biznes vizalarının ləğvini planlaşdırır.
Qeyd edək ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi bundan əvvəl H-1B iş vizasının rəsmiləşdirilməsi üçün rüsumun 103,2 min dollara qədər artırılmasını təklif edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.