Ermənistanın sabiq prezidenti Robert Koçaryan Yerevanda saxlanılıb. Ermənistan Baş Prokurorluğunun məlumatına görə, onun barəsində cinayət işi açılıb və keçmiş prezidentə Ermənistan Cinayət Məcəlləsinin üç maddəsi üzrə ittiham irəli sürülüb.
Koçaryan vəzifə səlahiyyətlərindən sui-istifadədə üç epizod, xüsusilə külli miqdarda rüşvət almaqda iki epizod və xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasında dörd epizod üzrə ittiham olunur.
İş üzrə daha 9 nəfərə də ittiham irəli sürülüb. Onların arasında Robert Koçaryanın böyük oğlu Sedrak Koçaryan, sabiq müdafiə naziri və Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan, sabiq baş nazir A.M. və Yerevanın keçmiş meri G.B. də var.
Ermənistan Baş Prokurorluğu bildirib ki, cinayət işi üzrə digər şəxslər də müxtəlif vəzifələrdə çalışmış və tikinti fəaliyyəti ilə məşğul olublar.
İttihamların mahiyyəti ilə bağlı araşdırma davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.