AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azəriqaz” əməkdaşlarının vaksinasiyasına başlanıldı

  • + A
  • - A
  • 7-04-2021, 16:21


    Aprelin 7-də "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının koronavirus infeksiyasına qarşı vaksinasiyasına başlanılıb.
    Azadmedia.az xəbər verir ki, birliyin əməkdaşlarının işdən ayrılmadan daha rahat şəkildə peyvəndlənməyə cəlb edilməsi üçün hər cür şərait yaradılıb.
    Yaxın 4-5 gün ərzində "Azəriqaz” İB-nin yaşı 40-dan yuxarı olan 1045 əməkdaşına peyvənd vurulacaq. Gündəlik 200-dən artıq işçinin bu prosesə qatılacağı gözlənilir.

    Qeyd edək ki, qurumun əməkdaşlarının vaksinasiyası könüllü formada həyata keçirilir. "Azəriqaz” İB-nin qəza xidməti, müştəri xidməti və digər bir neçə sahə üzrə işçiləri abonentlərlə ayrı-ayrı vaxtlarda ünsiyyətdə olur. Onlar risk qrupuna aid edilir. Bu baxımdan, Birlik öz işçilərinin "COVID-19” əleyhinə vaksinasiyasının aktiv şəkildə aparılmasında maraqlıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR