AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ceyhun Bayramov: Türk dövlətləri imkanlarını həm tranzit, həm də qarşılıqlı ticarətin inkişafı üçün istifadə etməlidir

  • + A
  • - A
  • Bu gün, 17:00

    Ceyhun Bayramov: Türk dövlətləri imkanlarını həm tranzit, həm də qarşılıqlı ticarətin inkişafı üçün istifadə etməlidir

    Azərbaycan həyata keçirilən regional layihələrin fəal iştirakçısıdır

    Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşündə çıxışı zamanı deyib.

    Nazir qeyd edib ki, Türk Dövlətləri Təşkilatının coğrafi mövqeyi, iqtisadi potensialı və enerji resursları beynəlxalq nəqliyyat, ticarət və enerji təhlükəsizliyində rolunu daha da artırmaq üçün geniş imkanlar yaradır.

    "Azərbaycan bu istiqamətdə həyata keçirilən regional layihələrin fəal iştirakçısıdır. Orta dəhlizin inkişafı, Zəngəzur dəhlizinin reallaşdırılması və ölkələrimiz arasında nəqliyyat bağlantılarının genişləndirilməsi iqtisadi imkanlarımızı artıracaq".

    Ceyhun Bayramovun sözlərinə görə, əsas məqsəd bu imkanlardan yalnız tranzit üçün deyil, qarşılıqlı ticarətin, sənaye əməkdaşlığının və investisiyaların inkişafı üçün də istifadə etməkdir.

    "Energetika, rəqəmsal bağlantılar və yeni texnologiyalar sahəsində əməkdaşlığımız yeni məzmun qazanır. Azərbaycan ənənəvi enerji resurslarının etibarlı təchizatçısı olmaqla yanaşı, Mərkəzi Asiya ilə Avropa arasında yaşıl enerji və rəqəmsal bağlantıların yaradılmasında mühüm rol oynayır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR