“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 14 yanvar saat 11:00-da başlayacaq. Bütün media və QHT mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Aksiya zamanı ilin yekunlarına dair vacib faktlar açıqlanacaq. 2022-ci ildə görüləcək işlərlə bağlı mühüm məlumatlar veriləcək. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu və QHT nümayəndəsi bu tədbirə dəvətlidir. Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.