AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QAZ TƏCHİZATINDAN KƏNAR XƏTT VASİTƏSİ İLƏ İSTİFADƏ EDƏN MÜƏSSİSƏ AŞKAR EDİLDİ

  • + A
  • - A
  • 12-04-2022, 11:58

    QAZ TƏCHİZATINDAN KƏNAR XƏTT VASİTƏSİ İLƏ İSTİFADƏ EDƏN MÜƏSSİSƏ AŞKAR EDİLDİ

    “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Abşeron xidmət sahəsinin əməkdaşları aprel ayının 11-də yeraltı orta təzyiqli qaz xətti vasitəsilə sayğacdan kənar qazdan qanunsuz istifadə edən sahibkarlıq obyekti aşkar ediblər. Əraziyə baxış keçirdikdən sonra həmin obyektin quşçuluq müəssisəsi kimi fəaliyyət göstərdiyini, müəssisənin istehsalat üçün təbii qazdan qeyri-qanuni birləşmə edərək istifadə etdiyi məlum olub. Bir daha bütün əhali və qeyri-əhali abonentlərinə müraciət edərək bildiririk ki, bu kimi qaz təchizatına kənar müdaxilə hallarına yol verən hər bir təsərrüfat subyekti haqqında fəaliyyət növündən asılı olmayaraq qəti və təxirəsalınmaz tədbirlər görüləcək.

    Ətraflı video materialdan izləyə bilərsiz:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR