AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"SƏYYAR QƏBUL OTAĞI" SAATLI RAYONUNDA QURULDU

  • + A
  • - A
  • 21-05-2022, 13:49

    "SƏYYAR QƏBUL OTAĞI" SAATLI RAYONUNDA QURULDU

    SOCAR “Azəriqaz” İstehsalat Birliyinin sayca 68-ci “Açıq mikrofon” aksiyası Saatlı rayonunda baş tutub. Aksiyaya Saatlı rayonunun Kamallı, Hacıqasımlı, Naharlı, Soltanabad, Dəlilər, Nəsimikənd kəndlərindən üz tutan sakinlər bu kəndlərin qazlaşdırılmasını xahiş ediblər. "Səyyar qəbul otağı"nın imkanlarından Novruzlu, Mollavazlı kəndlərinin sakinləri də yararlanıblar. Onlar sözügedən bu kəndlərin qazlaşdırıldığını, lakin yeni yaşayış massivlərində yaşayan sakinlərin təbii qazdan istifadə edə bilmədiklərini bildirərək bu ünvanlara da küçə qaz xəttinin çəkilməsini xahiş ediblər. Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev, Salyan Regional qaz istismarı İdarəsinin rəisi Azər Musayev vətəndaşların qaz təchizatına dair ünvanladıqları sualları yerindəcə cavablandırıblar. Vətəndaşlara qazlaşma prosesi, cari ildə qazlaşdırılması nəzərdə tutulan kənd və qəsəbələr, həmçinin yeni yaşayış massivləri barədə geniş izahatlar verilib.
    Məlumat üçün bildirək ki, "Açıq mikrofon" aksiyasında Birlik rəsmiləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR