AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“AÇIQ MİKROFON” AKSİYASI ÇƏRÇİVƏSİNDƏ VƏTƏNDAŞLARLA 40-CI GÖRÜŞ KEÇİRİLDİ

  • + A
  • - A
  • 27-05-2022, 20:32

    “AÇIQ MİKROFON” AKSİYASI ÇƏRÇİVƏSİNDƏ VƏTƏNDAŞLARLA 40-CI GÖRÜŞ KEÇİRİLDİ

    SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində vətəndaşlarla sayca 40-cı görüşü Masallı şəhərində baş tutub. Aksiyada 15-dək rayon sakini qaz təchizatı ilə bağlı üzləşdikləri çətinliklərdən söz açıblar. Masallı rayonu Yeni Zuvand kənd sakini Əsgər Bəşirov və Xəlfələr kənd sakini Tofiq Canəliyev müraciət edərək yaşadıqları kəndlərin qazlaşdırılmasını xahiş ediblər. “Səyyar qəbul otağı”nın imkanlarından istifadə edən Banbaşı, Mahmudavar, Musaküçə kəndlərinin sakinləri həmin kəndlərin yeni yaşayış massivlərinin qazlaşdırılmasını Birliyin məsul şəxslərindən xahiş ediblər. Daxil olan hər bir müraciətlə bağlı “Azəriqaz” İB-nin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyi və Birliyin digər məsul şəxsləri tərəfindən sakinlərə ətraflı məlumat verilib. Məlumat üçün bildirək ki, bu həftə Lənkəran Regional qaz istismarı İdarəsinin tabeliyində olan 6 xidmət sahəsində (Astara, Lerik, Lənkəran, Biləsuvar, Cəlilabad, Masallı rayonlarında) “Səyyar qəbul otağı” vətəndaşların xidmətində olub.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR