AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

27 sentyabr – Anım Günü İsveçrədə qeyd edilib

  • + A
  • - A
  • 29-09-2022, 09:58

    27 sentyabr – Anım Günü İsveçrədə qeyd edilib

    Cari ilin 27 sentyabr tarixində 2020-ci ilin Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib. Anım Gününə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyinin heyəti yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə saat 12:00-da) diplomatik nümayəndəliyin önündə qoyulmuş güllər yanında unudulmaz şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

    Daha sonra İsveçrənin Lüsern şəhərinə səfər edilmişdir.

    Tarix boyu müharibələrdə azadlıq və müstəqillik uğrunda canlarını fəda etmiş İsveçrə əsgərlərinin xatirəsinə həsr olunmuş İsveçrənin kədər və eyni zamanda qürur yaddaşını əks etdirən dünya şöhrətli “Can verən Aslan” tarixi abidənin üzərinə gül dəstəsi qoyulmuş, vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda özlərini qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Sözügedən abidənin ziyarəti bütün dünyada və hər bir ölkədə müstəqillik və azadlıq uğrunda həlak olmuş hərbçilərin xatirəsi simvolu kimi qəbul edilir və onları məhz bu abidə qarşısında yad etmək bəşəri səviyyədə bir ənənəyə çevrilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR