AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Respublika Klinik Xəstəxanasında xeyriyyə aksiyası keçirilib

  • + A
  • - A
  • 5-10-2022, 16:28

    Respublika Klinik Xəstəxanasında xeyriyyə aksiyası keçirilib

    M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 04.10.2022-ci il tarixdə "Şəhid ailələri,Əlillər və Müharibə Veteranlarının Müdafiəsi" İctimai Birliyinin rəsmi müraciətinə əsasən sünnət aksiyası təşkil edilib. Xeyriyyə məqsədi ilə keçirilən aksiya çərçivəsində aztəminatlı, xüsusən də Şəhid və Qazi ailələrin övladları müəyyən laborator müayinələrdən keçirilib, əməliyyatdan sonra bir neçə saat müşahidə altında saxlanılıb və evə buraxılıblar. Tədbirin sonunda "Şəhid ailələri,Əlillər və Müharibə veteranları" İctimai Birliyi tərəfindən Xəstəxananın direktoru Azər İsmayılov fəxri fərman, həkim kollektivinə, əməyi keçən bütün tibb və qeyri-tibb işçilərinə təşəkkürnamələr təqdim edilib.
    Qeyd edək ki, Respublika Klinik Xəstəxanasında mütəmadi olaraq xeyriyyə aksiyaları keçirilir və bundan sonra da aksiyalar davam etdiriləcək.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR