AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 30-08-2023, 17:59

    Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbir keçirilib - FOTOLAR

    Bu gün “Oriqami“ Uşaq və Yeniyetmələr İctimai Birliyi Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən, 295 № li tam orta məktəbdə pedaqoji işçilərin iştirakı ilə “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili” layihəsinin təqdimatını keçirib.


    Layihənin rəhbəri N.Nəcəfov bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur: “Layihənin fəaliyyət planına uyğun olaraq 3 təhsil ocağında -pedaqoji kollektivlərdə, layihənin təqdimatlarının keçirilməsi nəzərdə tutulub. Təqdimatda layihə barədə ətraflı məlumat verdik, layihənin icra prosesindən danışdıq, yeniyetmə velosipedçilərin fərdi təhlükəsizliyi ilə bağlı baş, diz, dirsək və əllərin kənar təsirdən qorunması və müdafiəsi üçün alınmış dəbilqə (şlem), xüsusi dəstləri, loqolu çap məhsullarını, loqolu təsvirli istehlak mallarının nümunələrini nümayiş etdirdik. Bununla yanaşı, yeniyetmə velosipedçilərin təhlükəsizliyinin qorunmasında valideynlər arasında maarifləndirmə işinin əhəmiyyətini də xüsusi ilə qeyd olundu”.

    295 № li tam orta məktəbin fiziki tərbiyə müəllimi Məhəmmədli Ceyhun, psixoloq Ələkbərova Həmidə, UBTR Novruzova Dürdanə layihənin məktəblilərdə idmana həvəsin artmasına, məktəblilərə sağlam həyat tərzinin aşılanmasına, onların asudə vaxtının daha səmərəli təşkilinə və ən vacib şərt olaraq, yeniyetmələrin fərdi təhlükəsizliyinə kömək edəcəyinə ümidvar olduqlarını bildiriblər.

    Məktəbin direktoru Dilarə Cəbrayılova gender bərabərliyinin gözlənilməsində çətinliklərdən danışıb: “Valideynlər arasında maarifləndirmə işi- oğlanlarla birgə qızların da idman yarışlarında, ictimai tədbirlərdə fəal iştirakı günün tələbidir və hal-hazırda təhsildə önə çəkilən məktəblərdə maraqlı təhsil mühitinin yaradılması konsepsiyasına uyğundur”.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR