AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid ailələri və qazilərin kənd təsərrüfatı işlərində əməyin yüngülləşdirilməsinə dəstək göstərilir - FOTOLAR

  • + A
  • - A
  • 31-08-2023, 16:33

    Şəhid ailələri və qazilərin kənd təsərrüfatı işlərində əməyin yüngülləşdirilməsinə dəstək göstərilir - FOTOLAR

    “İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” İctima Birliyi “Şəhid ailələri və qazilərin kənd təsərrüfatı işlərində əməyin yüngülləşdirilməsinə dəstəyin göstərilməsi məqsədilə tədbirlərin təşkili” layihəsinin icrasını uğurla başa vurub.

    Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Hədəf ərazi olaraq seçilmiş Ucar rayonunun 3 kəndinin (Ramal, Şahlıq və Qaradağlı) hər birində Şəhid ailəsi üzvləri və qazilər də daxil olmaqla 12-15 nəfər fərdi fermerdən ibarət fermer qruplarına “Fermer təsərrüfatının səmərəli idarə olunması”, “Bazara çıxışın asanlaşdırılmasında marketinq fəaliyyətinin əhəmiyyəti”, “Həyətyanı sahələrdə aqrotexniki tədbirlərin aparılması qaydaları”, “Kiçik həcmli unversal aqrotexnika nümunəsi olan motoblokdan istifadənin əsasları” mövzularında təlimlər başa çatıb.

    Birlikdən verilən məlumata görə, hədəf qruplara ilkin olaraq məşğul olduqları sahələrin səmərəli idarə olunmasına dair təlimlər, kiçik həcmli aqrotexniki avadanlıqlar barədə ümumi məlumatlar verilib. Yekun “Kiçik həcmli unversal aqrotexnika nümunəsi olan motoblokdan istifadənin əsasları” mövzusunda təlimdə isə universal aqrotexnika nümunəsi olan motobloklar və sair aqrotexniki avadanlıqlar barədə ətraflı məlumatlar verilib.

    Təlimçi Nizami Musayev və ekspert Yaşar İsgəndərov həmin avadanlıqlardan istifadə sahələri, onların funksiyaları, güçü və sair texniki göstəriciləri barədə iştirakçılara geniş məlumat veriblər. İştirakçıların maraqlarına səbəb olan bu texnikalar barədə geniş qarşılıqlı diskusiya aparılıb. Avadanlıqların əldə oluna biləcəyi sahələr barədə də iştirakçılara məlumat verilib. Təlimlərdə faydalananlar müasir kiçik texnikalardan istifadə etməklə əl əməyini yüngülləşdirməklə bərabər fəaliyyətin səmərəli və təsərrüfatın gəlirli idarə olunmasının mümkünlüyü qənaətinə gəldiklərini ifadə edib. İştirakçılar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və “İİALD” İB-yə təşəkkürlərini bildirməklə yanaşı anoloji təlimlərin daha geniş ərazilərdə davamlı keçirilməsinin zəruri olduğunu vurğulayıb.

    Qeyd edək ki, layihənin yekununa dair Ucar rayonunda Dəyirmi Masa keçiriləcəkdir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR