AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fiziki məhdudiyyəti olan vətəndaşlarımızın cəmiyyətə inteqrasiyasına dəstək göstərilir - FOTOLAR

  • + A
  • - A
  • 1-09-2023, 14:45

    Fiziki məhdudiyyəti olan vətəndaşlarımızın cəmiyyətə inteqrasiyasına dəstək göstərilir - FOTOLAR

    DTSER Agentliyinin tabeliyində Bakı şəhər Respublika Reabiltasiya Mərkəzində İstedadlı Əlillər Ictimai Birliyinin “Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onlar arasında Abilimpiya hərəkatının və Paralimpiyanın təbliği” adlı layihəsinin tədbiri keçirilib.

    Birliyinin sədri, layihə rəhbəri Qubad Qasımov bildirib ki, layihə Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir: “Layihə Bakı, Sumqayıt və Abşeron rayonunu əhatə etməklə 4 ay müddətində icra edilir. Məqsəd fiziki məhdudiyyəti olan vətəndaşlarımızın cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların iştrakı ilə Abilimpiya hərəkatını və Paralimpiya idman növlərini təbliğ etmək və fiziki məhdud gəncləri peşə təlimlərinə, Paralimpiya idmanlarına cəlb etmək, onlara dəstək olmaqdan ibarətdir. Eyni zamanda fiziki məhdudiyyəti olan şəxsləri cəmiyyətimizin inkişafında aktivlik göstərməsinə, müxtəlif tədbirlər və layihələrdə iştirak etmələrinə, sosial aktiv vətəndaşların bu sahəyə diqqətini yönəltmək və fiziki imkanları məhdud insanlara dəstək olmaq layihənin məqsədləri sırasına daxildir”.

    Layihənin eksperti, Paralimpiya komtəsinin nümayəndəsi Azərbaycan Əlili Velosipetçilər Kulubunun Baş Məşqiçisi Amid Həsənquluyev tədbirdə əlilliyi olan şəxslərə Abilimpiya hərəkatı və Paralimpiya haqqında geniş və ətraflı məlumat verib: “Ölkəmizdə Paralimpiya hərəkatı geniş yayılıb və ölkəmizi təmsil edən idmançılar saysız uğurlar qazanıb. Bayrağımızı yüksəkliklərdə dalğalandırıb, bir çox qızıl, gümüş və bürünc medallar ölkəmizə gətiribdir. Dünya ölkələrindən 83 ölkəni özünə birləşdirən Dünya Ablimpiya federasiyasına Azərbaycan üç ilə yaxındır ki, üzvü olub və Azərbaycan Ablimpiya Komtəsinin məqsədi Əlilliyi olan insanları peşə kurslarına cəlb etmək, onları beynəlxalq sənət üzrə yarışlarda iştrak etmək üçün çıxışını təmin etmək, məşğulluq sahəsində əliliyi olan şəxslərə yaxından dəstək olmaqdan ibarətdir.

    Tədbirdə Milli Məclisin deputatı Aqil Məmmədov çıxış edərək bildirib ki, ölkə Prezidenti geniş miqyaslı sosialyönlü layihələrin həyata keçirilməsinə tapşırıq verilib və bizdə öhtəliyimizə düşən misyanı həyata keçirməyə nail olmağa çalışırıq.

    DTSER Agentliyinin əməkdaşı Günel Məmmədova qeyd etdi ki, bu kimi sosialyönlü layihələrin həyata keçirilməsi vacib və əhəmiyyətlidir.

    ƏƏSMN-nin tabeliyində DMA-nin BRM idarəsini böyük mütəxəssisi Fərid Əliyev, SXA-nin sosial sifarişlər və layihələr departamentinin mütəxəssisi Elnarə Əhmədova, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, DOST Agentliyinin nümayəndəsi Aygün Musayeva, Paralimpiya Əlil Velosipetçilər Kulubunun baş məşqiçi Amid Həsənquluyev və RRM direktoru Vüsalə Kazımova çıxış edərək bildiriblər ki, bu kimi layihələr aktualdır və belə tədbirlərin bölgələrdə keçirdilməsi vacibdir.

    Tədbirdə Abilimpiya hərəkatı və Paralimpiya idman növləri haqqında ətraflı məlumat verildikdən sonra, mövzu ətrafında geniş müzakirələr aparılıb və təkliflər səsləndirilib. Vətən müharibəsi Qaziləri və əlilliyi olan şəxlər iştirak edib, əlilliyi olan musiqiçilərin və tanınmış ifaçı Elxan Qaraxanoğlunun ifası ilə musiqi proqramı davam edib.











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR