AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fiziki məhdudiyyəti olan vətəndaşlarımızın cəmiyyətə inteqrasiyasına dəstək olunur -Tədbir /FOTOLAR

  • + A
  • - A
  • 18-08-2023, 11:18

    Fiziki məhdudiyyəti olan vətəndaşlarımızın cəmiyyətə inteqrasiyasına dəstək olunur -Tədbir /FOTOLAR

    İstedadlı Əlillər Ictimai Birliyinin “Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onlar arasında Abilimpiya hərəkatının və Paralimpiyanın təbliği” adlı layihənin tədbiri DTSER Agentliyinin tabeliyində Sumqayıt Reabiltasiya Mərkəzində həyata keçirilib.
    Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

    Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Qubad Qasımov layihə barədə geniş məlumat verib: “Layihə Bakı, Sumqayıt və Abşeron rayonunu əhatə etməklə 4 ay müddətində icra edilir. Layihənin məqsədi fiziki məhdudiyyəti olan vətəndaşlarımızın cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların iştrakı ilə Abilimpiya hərəkatını və Paralimpiya idman növlərini təbliğ etmək və fiziki məhdud gəncləri peşə təlimlərinə, Paralimpiya idmanlarına cəlb etmək, onlara dəstək olmaqdan ibarətdir. Eyni zamanda fiziki məhdudiyyəti olan şəxsləri cəmiyyətimizin inkişafında aktivlik göstərməsinə, müxtəlif tədbirlər və layihələrdə iştirak etmələrinə, sosial aktiv vətəndaşların bu sahəyə diqqətini yönəltmək və fiziki imkanları məhdud insanlara dəstək olmaq layihənin məqsədləri sırasına daxildir”.

    Layihənin eksperti Paralimpiya komtəsinin numayəndəsi Kamran Əliyev qeyd edib ki, ölkəmizdə Paralimpiya hərəkatı geniş yayılıb və ölkəmizi təmsil edən idmançılar saysız uğurlar qazanıb: “Bayrağımızı yüksəkliklərdə dalğalandırıb, bir çox qızıl, gümüş və bürünc medallar ölkəmizə gətiribdir. Dünya ölkələrindən 83 ölkəni özünə birləşdirən Dünya Ablimpiya federasiyasına Azərbaycan üç ilə yaxındır ki, üzvü olub və Azərbaycan Ablimpiya Komtəsinin məqsədi Əlilliyi olan insanları peşə kurslarına cəlb etmək, onları beynəlxalq sənət üzrə yarışlarda iştrak etmək üçün çıxışını təmin etmək, məşğulluq sahəsində əliliyi olan şəxslərə yaxından dəstək olmaqdan ibarətdir”.

    DTSER Agentliyinin əməkdaşı Günel Məmmədova, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov,SXA-nin Böyük Mütəxəsisi Rəşad Səfərov, Paralimpiya Əlil Velosipetçilər Kulubunun baş məşqiçi Amid Həsənquluyev, Paralimiyaçı,Avropa-Dünya və Olimpiya rekordçusu, Elvin Abbasov çıxış edərək bildiriblər ki, bu kimi layihələr aktualdır və belə tədbirlərin bölgələrdə keçirdilməsi vacibdir.

    Qeyd edək ki, tədbirdə vətən müharibəsi Qaziləri və əlilliyi olan şəxlər iştirak ediblər, mövzu ətrafında geniş müzakirələr aparılıb, təkliflər və istedadlı əlillərin ifasında mahnılar səsləndirilib.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR