AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İxtisasını rəqəmsal texnologiyalardan seç - FOTOLAR

  • + A
  • - A
  • 5-10-2023, 00:02

    İxtisasını rəqəmsal texnologiyalardan seç - FOTOLAR

    İnnovasiya və Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə “Qızlar- Texnologiyalar İnnovasiyalar Akademiyası” adlı layihə həyata keçirilir.

    Birlikdən verilən məlumata görə, layihə Azərbycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı həyata keçirilir. Layihə çərçivəsində Qobustan şəhər A.Qayıblı adına 3 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri ilə (qızlarla) təlimlər keçirilib. Layihənin əsas məqsədi qızlar arasında İT, mühəndislik, kompyüter elmləri, data analitik kimi ixtisasları təbliğ və təşviq etməkdən, bu istiqamət üzrə karyera qurmaq istəyən qızların istəklərinə təkan verməkdən ibarətdir. Layihə çərçivəsində ixtisas seçimi mərhələsində olan qızların İT sahəsində marağının formalaşması, bu sahədə biliklərin əldə olunması məqsədilə keçirilən əyani təlimlərdə 55 nəfər şagird iştirak etdi. Təlimlərdə iştirakçılara seçəcəkləri ixtisasla bağlı mühəndis, robottexnika, proqramlaşdırma, data analitik, İT və digər bu kimi sahələr haqqında da məlumatlar verildi ki, bu da onlarda adı çəkilən sahələrə marağın artmasına şərait yaradacaqdır.

    Həmçinin təlim iştirakçılarına layihə çərçivəsində yaradılmış “İxtisasını rəqəmsal texnologiyalarda seç” adlı platforma (sayt) haqqında ətraflı məlumat verildi ki, bu da ixtisasını lT sahəsində seçmək istəyən qızlara (xüsusilə şagirdlərə) bu ixtisasları seçdikdən sonra peşəkar kadr kimi formalaşmaları üçün hansı addımlar atmalı olmaları ilə bağlı dəstək olacaqdır.

    Qeyd edək ki,təlimlər qarşılıqlı dialoq şəkilində interaktiv metodlar əsasında təşkil edilib. Eyni zamanda layihə çərçivəsində təlim iştirakçılarını maraqlandıran bütün suallar təlimçi və layihə icraçısı tərəfindən cavablandırılıb.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR