AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Education HUB 1“Sosial sahibkarların korporativ satınalmalar sərgisi”ni həyata keçirəcək

  • + A
  • - A
  • 9-10-2023, 11:48

    Education HUB 1“Sosial sahibkarların korporativ satınalmalar sərgisi”ni həyata keçirəcək

    Education HUB 11 oktyabr 2023 tarixində “Sosial sahibkarların korporativ satınalmalar sərgisi”ni həyata keçirəcək.
    Sərgi “Azərbaycan dəyər günləri” silsilə tədbiri çərçivəsində Dəstəkçi sosial sahibkarlıq platforması ilə əməkdaşlıqda həyata keçirilir. Tədbir Avropa Vençur Filantropik Assosiasiyası tərəfindən icra olunan “Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində keçirilir. Proqram Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Azərbaycanda rəsmi tərəfdaşı Education HUB-dır.
    Sərginin əsas məqsədi sosial sahibkarlar və aqro turizm subyektlərinin korporativlərlə əlaqələrinin gücləndirilməsi, yeni əlaqələrin qurulması və satışların həyata keçirilməsidir.
    Sərgidə 60-a yaxın sosial sahibkarlıq və aqro turizm subyektinin iştirak etməsi nəzərdə tutulur.
    Rəsmi hissə ilə başlayacaq sərgidə sosial sahibkarlıq subyektlərinə birbaşa əlaqə qurmaq üçün şərait yaradılacaq. Sosial sahibkarlar və aqro turizm subyektlərinə effektiv satış mövzusunda ustad dərsləri təşkil olunacaq. Daha sonra məhsulların satışı ilə sərgi öz işini başa çatdıracaq.

    Tarix: 11 oktyabr 2023
    Vaxt: 11:00-17:00
    Harada: Bakı KOB evi (Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə)
    Mətbuat üçün cavabdeh şəxs:
    Orxan Məsimov, Education HUB, Kommunikasiya üzrə məsul şəxs,
    eduhub.az@gmail.com və ya +99450 789 38 14


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR