AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Respublikasının Baş Prokurorluğu vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir

  • + A
  • - A
  • 26-01-2024, 12:33

    Azərbaycan Respublikasının Baş Prokurorluğu vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir

    Müsahibədə iştirak etmək istəyən namizədlər 22 fevral 2024-cü il saat 18:00-dək Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

    Müsahibəyə təqdim edilmiş vakant vəzifələr barədə buradan https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=535 məlumat əldə edə bilərsiniz.

    Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

    Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə edə bilərsiniz.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR