AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Poliqon” gənclərin hərbi-vətənpərvərlik yarışı keçiriləcək- FOTOLAR

  • + A
  • - A
  • 30-01-2024, 19:52

    “Poliqon” gənclərin hərbi-vətənpərvərlik yarışı keçiriləcək- FOTOLAR

    29 yanvar tarixində Abşeron Olimpiya İdman Kompleksində “Gənclər Həftəsi” çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatları arasında “Poliqon” gənclərin hərbi-vətənpərvərlik yarışı keçiriləcəkdir.
    Yarışda hər təşkilatdan 4 nəfər (2 xanım, 2 bəy) olmaqla ümumi 100 nəfər (25 komanda) mübarizə aparacaqdır. Gənclərdən Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçuları tərəfindən müxtəlif hərbi-idman oyunları üzrə normativlər götürüləcəkdir.

    Yarışda ümumi nəticədə qalib gələn 3 təşkilat mükafatlandırılacaqdır.

    Yarışda iştirak üçün qeydiyyat linki: https://bit.ly/PoliqonGənclərHəftəsində

    Yarışda yalnız qeydiyyatdan keçmiş şəxslər iştirak edə bilər. Yarışa gələn zaman iştirakçılar özləri ilə şəxsiyyət vəsiqəsinin əslini gətirməlidir.
    İştirakçı sayı limitli olduğu üçün ilk qeydiyyatdan keçən təşkilatlara üstünlük veriləcək.
    Tədbir saat 10:00-da başlayır.
    Son qeydiyyat müddəti - 26 yanvar 18:00.
    Yarışda təşkilat əməkdaşları, təcrübəçiləri, könüllüləri və üzvləri iştirak edə bilər.
    Qeyd edək ki, təşkilat rəhbəri GVİB İdman Departamentin rəhbəri Dünya cempionu Şəmsi Hüseyinov rəhbərlik edəcək. İki qız iki oğlan iştirak edəcək:

    1 Abdullazadə Abdulla Ədalət Oğlu

    2 Rəhimov Heydər Arif Oğlu

    3 Nəbiyeva Ilahə Kamil Qızı

    4 Qəhrəmanova Aysu Ilqar Qızı





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR