AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sınıq-salxaq təcili tibbi yardım maşınları, söyülən sıravi tibb işçiləri

  • + A
  • - A
  • 31-01-2024, 00:24

    Sınıq-salxaq təcili tibbi yardım maşınları, söyülən sıravi tibb işçiləri

    Son vaxtlar təcili tibbi yardım əməkdaşlarının xəstə çağırışlarına gecikmələri və heç getməmələri barədə yetərincə şikayətlərə rast gəlirik. Təəssüf ki, səbəbkar yalnız və yalnız təcili tibbi yardım əməkdaşlarını bilirik, qınayırıq. Heç kim problemin kökünü axtarmaq istəmir. Problemin kökü tibb işçilərində yox, onları köhnə, sınıq-saxlaq maşınların ümidinə buraxan rəhbərlikdədir. Analoji hadisə bu gün Salyan rayonunda baş verib. Bu barədə əməkdaşımız Elnurə Abuşova facebook səhifəsində yazıb. Yazını olduğu kimi dərc edirik:
    "Salyanda Xələclə Qarabağlı arasında çöllükdə Təcili Tibbi Yardım maşını xarab olub qalıb yolda. Kərimbəyliyə xəstə üstünə gedirlər. Ya xəstə öləcək, ya gecikdikləri üçün benəva tibb işçiləri döyülüb söyüləcək.
    TƏBİB, fotonu yoldan keçən yerlilərim göndərib. And içir həkim, feldşer, soyuqdan, şaxtadan çölün düzündə büzüşüb qalıb, kömək edin.
    Fotonu çəkən 1 saata gedib Kərimbəyli kəndinə qayıdıb, deyir yazıqlar hələ də ordadı...
    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan xəstəxanasına təzə tibbi yardım maşını verin, ya da xidməti ləğv edin. Camaatın anası, bacısı, atası qalıb xarab maşında çölün düzündə. Həkimlər də xəstələnsə, vay vətəndaşın halına".



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR