AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dayanma-durma qaydalarını pozan sürücülər barədə tədbir görüldü

  • + A
  • - A
  • 11-03-2024, 20:01

    Dayanma-durma qaydalarını pozan sürücülər barədə tədbir görüldü

    Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı profilaktik tədbirlər keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı ikinci cərgədə, avtobus dayanacaqlarında, səkilərdə, eləcə də müəyyən olunmayan digər yerlərdə avtomobillərini saxlayan sürücülər aşkar ediliblər.

    Onlara bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu izah edilib və barələrində inzibati protokollar tərtib olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR