AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DYP Qubada dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı tədbir keçirdi

  • + A
  • - A
  • 5-03-2022, 19:11

    DYP Qubada dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı tədbir keçirdi

    Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.
    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

    Bu məqsədlə yol polisləri tərəfindən rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi məqsədi ilə tədbirlər təşkil edilib. Rayon ərazisində keçirilən tədbirlərdə avtobus dayanacaqlarının bir neçəsinin digər nəqliyyat vasitələri tərəfindən zəbt edildiyi aşkarlanıb. Polis əməkdaşları tərəfindən həmin sürücülər, həmçinin, dayanma-durma qaydalarını kobud şəkildə pozan digər nəqliyyat vasitələrinin sahibləri barəsində inzibati protokollar tərtib olunub və dayanacaqların boşaldılması təmin edilib.
    Qeyd edək ki, dayanma-durma qaydalarını pozan sürücülər küçə və prospektlərdə, ictimai nəqliyyat üçün ayrılmış zolaqları, həmçinin avtobus dayanacaqlarını zəbt etməklə həmin ərazidə yaşayan, mənzil başına vaxtlı-vaxtında çata bilməyən digər hərəkət iştirakçılarının narahatçılığına və haqlı narazılıqlarına səbəb olurlar.
    Bir daha sürücülərdən “Yol hərəkəti haqqında” qanunun tələbləri çərçivəsində yollarda hərəkətdə olan digər şəxslərin hüquqlarının pozulmaması, özlərinin isə inzibati məsuliyyətə cəlb olunmamaları üçün dayanma-durma qaydalarına düzgün əməl etmələri tələb olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR