AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ali Məhkəmədə Rəqabət Məcəlləsinin tətbiqi xüsusiyyətləri müzakirə olunub

  • + A
  • - A
  • 15-03-2024, 18:43

    Ali Məhkəmədə Rəqabət Məcəlləsinin tətbiqi xüsusiyyətləri müzakirə olunub


    2024-cü il martın 15-də Azərbaycan Respublikasının Ali Məhkəməsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri ilə Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tətbiqi xüsusiyyətləri ilə əlaqədar görüş keçirilib.

    Ali Məhkəmənin hakimləri və Aparat əməkdaşlarının iştirak etdiyi görüşdə cari ilin iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsinin təqdimatı keçirilib, bu sahədə istifadə olunan qanunvericilik və beynəlxalq təcrübə barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

    Bildirilib ki, Rəqabət Məcəlləsinin qəbulu bazar subyektlərinin inhisarçı davranışlarının qarşısının alınması, haqsız rəqabət hallarının aradan qaldırılması və təbii inhisar subyektlərinin fəaliyyətinə effektiv nəzarətin təşkilində təsirli alət və mexanizmlərdən istifadəyə imkan yaratmaqla, ölkə iqtisadiyyatının və azad sahibkarlığın inkişafına töhfə verəcək.

    İstehlakçı hüquqlarının müdafiəsi istiqamətində mühüm əhəmiyyət kəsb edən Məcəllənin düzgün tətbiq olunmasında məhkəmələrin müstəsna rolu xüsusi vurğulanıb. Belə ki, maraqlı şəxslərin rəqabət qanunvericiliyinin pozulması ilə bağlı işin yekunu üzrə rəqabət orqanının qərar və göstərişlərindən, onun vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət vermək hüququ var. Rəqabət qanunvericiliyinin pozulması nəticəsində vurulmuş zərərin müəyyən edilməsi və ödənilməsinə məhkəmə qaydasında baxılır.

    Görüşdə Rəqabət Məcəlləsinin təkmilləşdirilməsi üçün nəzərdə tutulan yeniliklərdən də bəhs edilib.

    Daha sonra qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR