Azadmedia.az Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Xamis Seyranovla MÜSAHİBƏNİ təqdim edir: Xamis müəllim, 2022-ci il artıq geridə qaldı. Ötən ili ümumilikdə necə dəyərləndirirsiniz?İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri azad və sağlam rəqabətin təmin edilməsi, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, həmçinin təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsidir. Ölkədə rəqabət şəraitinin təmin edilməsi, o cümlədən təbii inhisar vəziyyətindən sərbəst rəqabət vəziyyətinə iqtisadi cəhətdən əsaslandırılmış keçidə mane olan hərəkətlərin qarşısının alınması və ya aradan qaldırılması üçün Dövlət Xidməti tərəfindən araşdırmalar və təhlillər həyata keçirilir. Çünki Dövlət Xidmətinin əsas missiyası ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən azad rəqabətin və sahibkarlığın effektiv müdafıəsinin təmin olunmasına şərait yaradılmasıdır. Bu manada, bazar subyektlərinin rəqabətin məhdudlaşdırılmasına yönələn hərəkətləri müşahidə olunduqda, müvafıq tədbirlər görülür. Belə tədbirlərə rəqabəti pozan bazar subyektlərinə qarşı işlərin qaldırılması, pozuntu yaradan hərəkətlərin aradan qaldırılması ilə bağlı göstərişlərin verilməsi və müvafıq cərimələr şəklində maliyyə sanksiyalarının tətbiq edilməsi aiddir. Təbii inhisarlara dövlət nəzarəti çərçivəsində ötən il 4 iri təbii inhisar subyekti barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıldı və nəticəsinə uyğun qərarlar qəbul edilərək müvafıq göstərişlər verildi.
Bəzən sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə hallarına rast gəlinir. Bu halda hansı tədbirlər görülür?Dövlət Xidməti tərəfindən istehlakçıların və sahibkarların təbii inhisar subyektlərinin fəaliyyətindən istənilən sikayəti ətraflı və tam arasdırılır. Araşdlrmalar nəticəsində təbii inhisar subyektləri tərəfindən sahibkarların fəaliyyətlərinə qanunvericiliyin tələblərinə uyğun olmayan, yaxud zidd olan müdaxilə faktları aşkar olunduqda, bir sıra tədbirlər görülür. İlk növbədə, həmin müdaxilənin aradan qaldırılması təmin edilir. Bu zaman aidiyyəti təbii inhisar subyektinin məsələyə münasibəti aydınlaşdırılır və əksər hallarda qaldırılan məsələ həmin subyekt tərəfindən həll edilir. Bu manada, Dövlət Xidmətinin təbii inhisarlar üzərində səlahiyyətləri qanunvericilikdən irəli gələn dövlət nəzarətinin həyata keçirilməsindən ibarət olduğu üçün qarşılıqlı münasibətlər də qanunvericiliyin tələbləri çərçivəsində qurulur və belə tələblərə uyğun olmayan hər hansı hərəkətə yol verilməsi müşahidə olunmur.
Bundan əlavə, tabii inhisar subyektləri tərəfindən də istehlakçlıara göstərilən xidmət keyfiyyətinin artırılması ən vacib məsələlərdəndir. Çünki istehlakçıların hüquqlarının təmin olunmasl Dövlət Xidmətinin ən asas vəzifələrindəndir.
Mediada təmsil etdiyiniz qurumun qəbul etdiyi qərarlara görə məhkəməyə veriləcəyinə dair xəbərlərə rast gəlirik. Adekvat addımlarınızın sonu necə olur?Məhkəmələrə müraciətlə bağlı qeyd edim ki, Dövlət Xidmətinin əsas fəaliyyət istiqaməti rəqabəti qorumaq olduğu üçün onun nəzarət tədbirləri də rəqabətin məhdudlaşdırılmasına yol verən bazar subyektlərinə qarşı yönəlir. Belə subyektlər barəsində aparılan arasdırmalar müəyyən hallarda göstərişlərin verilməsi, yaxud cərimələrin tətbiq edilməsi ilə nəticələnir. Bu halda isə barələrində qərar çıxarılmış sahibkarlıq subyektləri həmin qərarların ləğv edilməsi üçün məhkəmələrə müraciət edirlər. Bu təbiidir, çünki hər bir vətəndaş və sahibkarlıq subyekti üçün hüquqların və qanuni mənafelərin məhkəmə müdafiəsi əsas konstitusion hüquqlardan biri hesab edilir və bu mənada hər bir dövlət qurumu, vəzifəli şəxs bu hüquqdan istifadə edən vətəndaş və ya sahibkarlıq subyektinə hörmətlə yanaşmalıdır.
Ötən il qurumunuzun fəaliyyətini analiz etdikdə ən böyük nailiyyətlərdən biri kimi yeni yaşayış binalarında sayğaclaşma prosesinin inhisardan qurtulmasını göstərə bilərəm. Siz də belə düşünürsünüz?Yaşayış binalarında sayğacların quraşdırılması ilə bağlı sualınıza gəlincə, qeyd etmək lazımdır ki, yeni inşa edilən çoxmənzilli binalarda mənzil tikinti kooperativləri tərəfindən istehlakçlıardan sayğacların dəyəriniin ödənilməsinin tələb edilməsi halları mövcud idi. Halbuki Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmus "Qazdan istifadə Qaydaları"nın, "Elektrik enerjisindən istifadə Qaydaları"nın və "Sudan istifada Qaydaları"nın tələblərinə əsasən məişət istehlakçıları təchizatçı müəssisələrinin hesabına sayğacla təmin edilməlidir. Bununla əlaqədar təhlil və araşdırmalar həyata keçirildi. Kommunal sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin rəhbərləri ilə birlikdə müzakirələr təşkil edildi və uğurlu nəticələr əldə olundu. Artıq "Azeriqaz" İB tərəfindən 1 iyul 2021-ci ildən etibarən çoxmənzilli yaşayış binalarında qaz sayğaclarının müəssisənin hesabına, yəni məişət istehlakçıları üçün ödenişsiz temin edilmesi həyata keçirilir. "Azerişıq" ASC və "Azərsu" ASC barəsinda isə antiinhisar qanunvericiliyinə uyğun olaraq iş qaldırıldı və qanunvericilikdə nəzərdə tutulmuş qaydada məişət istehlakçıları sayğacların müəssisələrin hesabına quraşdırılmasının təmin edilmesi qərara alındı.
Qeyd edilənlərə baxmayaraq, yeni inşa olunan çoxmənzilli binalarda mənzillərin sayğaclarla təminatı prosesində qeyri-müəyyənliyin aradan qaldırılması və şəffaflığın təmin olunması məqsədilə əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilmasi zəruridir. İstehlakçılar bilməlidirlər ki, su, qaz və elektrik enerjisinin alqı-satqısı təchizatçılarla bilavasitə istehlakçılar arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir. Həmin müqavilələrin bağlanılması zamanı üçüncü şəxslər, o cümlədən binaların mülkiyyətçiləri, yaxud idaraetməni həyata keçirən şəxslər (təsərrüfat cəmiyyətləri, mənzil tikinti kooperativləri, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri və s.) hər hansı formada iştirak etmədiyindən, onların su, qaz və elektrik təchizatı üzrə yaranan münasibətlərdə tərəf hesab edilmələri istisna edilməlidir. Bu səbəbdən də vətəndaşlara təchizatçı müəssisələrlə müqavilələrin bağlanılması və yaşayış evlərinin, mənzillərin sayğaclarla təchiz edilməsi üçün mülkiyyət sənədləri ilə birlikdə "ASAN xidmat" və ya "ASAN Kommunal" mərkəzlərinə müraciət etmələri tövsiyə olunur.
İstehlakçılar tez-tez qaz şəbəkəsinə qoşulma zamanı podratçıların təqdim etdiyi qiymətlərin baha olmasından şikayətlənirlər. Yəqin ki, siz də belə məlumatları görmüsünüz. Hətta bütün podratçı şirkətlərin bir şəxsə məxsus olduğunu iddia edənlər də az deyil. Fikrinizcə, bu məsələ ilə bağlı daha optimal yol varmı?"Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı va ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti hesabına həyata keçirilir. Lakin buna baxmayaraq, cari ilin ortalarınadək qaz təchizatı sisteminə qoşulmaq arzusunda olan istehlakçılar yalnız müəyyən podratçı təşkilatlara yönləndirilirdi və onlara podratçılar arasında seçim etmek imkanı təmin edilmirdi. Bu sahəda aparılan araşdırma və təhlillər müvafiq sahədə ciddi problemlərin olduğunu göstərdi. Bu məqsədlə, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı sahəsində müvafiq lisenziyaya malik olan sahibkarlıq subyektləri barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet sahifəsində, "Məlumat mərkezi" alt səhifəsinin "Vacib məlumatlar" alt panelində yerləşdirildi, müvafiq podratçıların, "Azariqaz" iB-nin və "Vətəndaşlara Xidmat və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi"nin ("ASAN Xidmət”) nümayəndələrinin iştirakı ilə görüş keçirildi və görüləcək işlər barədə məlumatlar verildi. Nəticədə, qaz təchizatı xidmətlərinə qoşulmaq istəyən vətəndaşlar "ASAN Xidmət" və "ASAN Kommunal" mərkəzlərində müraciət etdikdə müvafıq sahədə podratçıların, yəni xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatlarının siyahısı barədə onlara malumat verilir, vətəndaş podratçını müstaqil olaraq müəyyənləşdirir və işlərin icra olunması üçün seçdiyi podratçı ilə müqavilə bağlayır. Qeyd edək ki, işlərin dəyəri vətandaşla tikinti təşkilatı arasında qarşılıqlı razılaşma yolu ilə müəyyən olunur və həmin təşkilatın bank hesabına köçürülür. Fərdi yaşayış evləri qazlaşdırılarkən məişət qaz sayğaclarının qaz xəttinin üzərində quraşdırılması "Azariqaz" İB tərəfındən ödenişsiz təmin olunur. Qeyd etmək lazımdır ki, podratçı şirkətlərin xidmətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmatlərin) siyahısına aid deyil.
Vətəndaşlarımız qaz təchizatı xidmətlərinə qoşularkən Dövlət Xidmətinin internet portalında olan siyahı ilə tanış ola, daha münasib xidmət haqqını təklif edən podratçını müstəqil müəyyən edib ona müraciat edə bilərlər. Sözügedən siyahı "Azeriqaz” İB-nin internet portalında da yerəşdirilmişdir.
Ölkədə Rəqabət Məcəlləsinin layihəsi hazırlanıb. Bu məcəllənin qəbulu Dövlət Xidmətinin fəaliyyətinə necə təsir edəcək, ona hansı səlahiyyətləri verəcək?İqtisadiyyat Nazirliyi tərəfindən Rəqabət Məcəlləsinin layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. Yeni məcəllə sahibkarların sağlam rəqabat şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcəkdir. Məcəllədə təbii inhisar sahələrinə nəzarət alətləri təkmilləşdirilib, onların fəaliyyatində şəffaf və çevik nəzarəti təmin edən müddəalar nəzərdə tutulub. Bununla yanaşı, bazar paylarının müəyyənləşdirilməsinin yeni qaydaları, habelə hökmran mövqenin yeni meyarları hazırlanıb. Layihənin üstün cəhətlarindən biri də odur ki, mövcud qanunvericiliklə müqayisədə yeni Məcəllədə haqsız rəqabət formalarına yenidən baxılıb, rəqibin sahibkarlıq fəaliyyətinin nüfuzdan salınması, istehlakçıların aldadılması hallarına qarşı məqsədyönlü addımlar atılması nəzərdə tutulub. Bütün bunlar azad sahibkarlığın inkişafı üçün çox zəruri məsələlərdir. Məcəllənin müddəalarına əsasən, dövlət nəzəretinin həyata keçirilməsinə bilavasitə cavabdeh olan qurum İqtisadiyyat Nazirliyi yanında Antiinhisar ve İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir. Bu məcəllədə rəqabət qanunvericiliyinə əməl edilməsinə nəzarət iki formada həyata keçiriləcək. Bunlardan biri, rəqabət orqanı tərəfindən aparılan araşdırmalar, digəri isə yoxlamalardır. Nəzarətin təşkil olunması üçün rəqabət orqanı bazarın monitorinqini, habelə statistik materialların, KİV məlumatlarının, bazar subyektlərinin təqdim etdiyi sənədlərin və məlumatların, həmçinin bazarın monitorinqi zamanı əldə edilmiş məlumatların təhlilini həyata keçirəcək. Hesab edirik ki, Rəqabət Məcəlləsinin qəbulu rəqabət sahəsində nəzarətin tam və hərtərəfli aparılmasına daha səmərəli imkanları təmin edəcək, eyni zamanda azad və sağlam rəqabətin qorunmasına, istehlakçıların hüquqlarının və qanuni mənafelərinin daha etibarlı təminatına imkan verəcəkdir.
Müsahibəni hazırladı: Elnurə Abuşova