AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya sərhədçiləri Ermənistan-İran sərhədindən çıxarılır

  • + A
  • - A
  • Dünən, 20:00

    Rusiya sərhədçiləri Ermənistan-İran sərhədindən çıxarılır

    2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində yerləşən keçid məntəqəsində xidmətini dayandıracaq - onları Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri əvəz edəcək.

    AzadMedia.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, belə bir razılıq bu gün Moskvada Nikol Paşinyanla Vladimir Putin arasında keçirilən görüşdə əldə olunub.


    Eyni zamanda tərəflər razılaşıblar ki, gələn il yanvarın 1-dən Ermənistan sərhədçiləri də Rusiya sərhədləri ilə yanaşı, Türkiyə, eləcə də İranla sərhədi qoruyacaqlar.

    Bundan əvvəl, 2024-cü il avqustun 1-dən Rusiya sərhədçiləri İrəvan Zvartnots hava limanında sərhəd-keçid məntəqəsində xidmətini dayandırıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR