Ukrayna lideri Volodimir Zelenskinin Almaniyaya səfəri zamanı Kiyevdən gələn nümayəndə heyəti iki vacib tələbin təsdiqinə nail ola bilməyib.
Bu barədə “Bild” nəşri bildirib.
Nəşr ekspert Karlo Masala istinadən yazıb ki, Zelenski Almaniyaya səfəri zamanı “qələbə planının” iki əsas tələbi ilə bir addım da irəliləmədi.
Söhbət “Taurus” uzaqmənzilli raketlərinin Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi məsələsinə baxılmasından, eləcə də Berlinin Ukraynanın NATO-ya gedən yolunu dəstəkləməsindən gedir.
Almaniyada Ukrayna tərəfinin bu tələblərinə “məhəl qoyulmayıb”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.