AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniyada etirazlar davam edir

  • + A
  • - A
  • Bu gün, 11:43


    Almaniyada ifrat sağçı Almaniya üçün Alternativ Partiyasına (AfD) və onunla əməkdaşlığa qarşı etiraz aksiyaları davam edib.

    AzadMedia.az xəbər verir ki, ölkənin böyük şəhərlərində keçirilən aksiyalarda ümumilikdə 200 mindən çox insan iştirak edib.
    Onlar ifrat saçğçıların dəstəklədiyi anti-immiqrasiya ilə bağlı təkliflərin Bundestaqda qəbul edilməsinə qarşı çıxırlar.

    İfrat sağa və Almaniya üçün Alternativ Partiyası (AfD) ilə əməkdaşlığa qarşı ötən həftə Berlində 160 min nəfərin iştirakı ilə keçirilən mitinqdən sonra bu dəfə Münxendə 200 min nəfərin qatıldığı etiraz nümayişi təşkil olunub. Mitinqdə müxtəliflik, insan ləyaqəti, həmrəylik və demokratiyaya dəstək, radikal sağa etiraz xarakterli şüarlar səsləndirilib.

    Bənzər mitinqlər Aşağı Saksoniya əyalətinin paytaxtı Hannoverdə də təşkil olunub.

    Xatırladaq ki, CDU-nun ölkədə miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı təklifinin yanvarın 29-da Bundestaqda keçirilən səsvermədə AfD-nin dəstəyi ilə qəbul edilməsi ölkədə genişmiqyaslı etirazlara səbəb olmuşdu. Birliyin yanvarın 31-də parlamentdə səsə qoyulan qanun layihəsi isə AfD-nin və digər partiyaların dəstəyinə baxmayaraq, qəbul olunmasa da, ölkədə etirazlar davam etdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR