Çin prezidenti Si Cinpin 9 May Qələbə Günü ilə əlaqədar Moskvaya, Rusiya lideri Vladimir Putin isə avqustun sonu-sentyabrın əvvəlində Yaponiya militarizmi üzərində qələbənin 80 illiyi ilə bağlı Çinə səfər edəcək.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Sədr Si Cinpin Moskvaya sonuncu səfərini mayın 9-da Böyük Vətən Müharibəsində Qələbə şərəfinə keçirilən təntənəli tədbirlərə təsadüf etdi. Prezident Putin isə avqustun sonu-sentyabrın əvvəlində Yaponiya militarizmi üzərində qələbənin və İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümü ilə əlaqədar Çinə səfər edəcək”, - Lavrov Dövlət Dumasında hökumət saatında deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.