İSTANBULDA 2 GÜNDÜR YAĞAN GÜCLÜ QAR HƏYATI İFLİC EDİB
Qar Şimali Mərmərə şossesi, İstanbul hava limanı, Başakşehir və Arnavutköy ətrafında daha çox yağıb. Bu səbəbdən nəqliyyat vasitələri saatlarla yolda qalıb.
AzadMedia.az xəbər verir ki, işdən sonra evlərinə getmək istəyən vətəndaşlar məcburiyyətdən metro stansiyalarına axın edib.
Qış təkərləri olmayan avtomobillər sıldırım yollara çıxa bilməyib, bəzi sürücülər avtomobillərini tərk etməli olublar.
Nəticədə izdiham yaşanıb.
Güclü qar və buz bağlaması səbəbindən bütün təhsil müəssisələrində tədris 1 gün müddətinə dayandırılıb.
A
viaşirkətlər hava şəraitinin daha da kəskinləşməsi ilə əlaqədar cümə və şənbə günləri uçuşlar üçün gecikmələr elan ediblər.
İstanbul Valiliyi vətəndaşlara zərurət olmadıqca küçəyə çıxmamaq, şəxsi avtomobildən istifadə etməmək, qar təkəri olmayan şəxsi avtomobillərlə hərəkətə çıxmamaq barədə xəbərdarlıq edib.
Bu gün yağan qarın intensivliyinin artacağı və həftəsonu da davam edəcəyi proqnozlaşdırılır.
Sosial şəbəkələrdə qarın yollarda və metro stansiyalarında yaratdığı fəsadları əks etdirən görüntülər də yayılıb.