Avropa müdafiə ehtiyaclarına iki dəfə çox vəsait ayırmalıdır.
Bunu jurnalistlərə açıqlamasında Litva Prezidenti Gitanas Nauseda deyib.
“Mən bu gün NATO-nun büdcə xərclərinin ədalətli bölünməməsi və böyük hissəsinin ABŞ-nin payına düşməsi ilə bağlı Vaşinqtonun tənqidi ilə razıyam. Buna görə də Avropa bu prosesdə iştirakını ən azı iki dəfə artırmalıdır”, - o bildirib.
2025-ci ilin dövlət büdcəsində Litva müdafiə sahəsinə rekord məbləğdə - 2,5 milyard avro ayırıb ki, bu da ÜDM-in 3,03 %-ni (keçən il ÜDM-in 2,75 %-i) təşkil edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.