Donald Tramp: “Danimarka Qrinlandı müdafiə etmək gücündə deyil”

ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində çıxışı zamanı Qrinlandla bağlı sərt açıqlamalar verib.
Tramp bildirib ki, Danimarka Qrinlandiyani lazımi səviyyədə müdafiə edə bilmir və bu strateji ərazinin təhlükəsizliyinin təmin olunması üçün ABŞ əsas rol oynamalıdır.
ABŞ Prezidenti çıxışında İkinci Dünya Müharibəsinə də toxunaraq qeyd edib ki, Amerika olmasaydı, bu gün Avropada vəziyyət tamamilə fərqli ola bilərdi. Onun sözlərinə görə, ABŞ-ın müdaxiləsi olmasaydı, “Avropa alman dilində, bəlkə də bir qədər yapon dilində danışardı”.
Tramp Qrinlandın strateji və geosiyasi əhəmiyyətini xüsusi vurğulayıb və adanın təhlükəsizliyinin qlobal sabitlik baxımından vacib olduğunu deyib.
Qeyd edək ki, Donald Tramp hələ əvvəlki dövrlərdə də Qrinlandla bağlı oxşar fikirlər səsləndirib. Danimarka və Qrinland rəsmiləri isə bu cür açıqlamaları qəbul etmədiklərini dəfələrlə bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.