Serbiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviçə "Dostluq" ordeni təqdim olunub.
Ordeni Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov səfirə təqdim edib.
Görüş zamanı, ilk öncə Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidenti tərəfindən "Dostluq" ordeni ilə təltif olunmuş səfirə orden təqdim olunub və təbrik mesajı çatdırılıb.
Səfir bu ali mükafatla təltif olunmağına görə dərin minnətdarlığını bildirib, bunu iki ölkə arasında əlaqələrə verilən yüksək qiymətin təzahürü kimi dəyərləndirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.