AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Qəzzadakı təşkilatlara HƏMAS-ı maliyyələşdirdiklərinə görə sanksiyalar tətbiq edir

  • + A
  • - A
  • Dünən, 22:34

    ABŞ Qəzzadakı təşkilatlara HƏMAS-ı maliyyələşdirdiklərinə görə sanksiyalar tətbiq edir

    ABŞ Qəzza sektorunda yerləşən altı təşkilata qarşı "HƏMAS-ın hərbi qanadını dəstəklədiklərinə" görə sanksiyalar tətbiq edir.

    Bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında qeyd olunub.

    Məlumata əsasən, sanksiya siyahısına həmçinin xaricdəki fələstinlilərin Xalq Konfransı da daxil edilib.

    Vaşinqton administrasiyasının iddiasına görə, mülki əhaliyə humanitar və tibbi yardım göstərən bu təşkilatlar əslində gizli şəkildə "İzz əd-Din əl-Qəssam" (HƏMAS-ın hərbi qanadı) qruplaşmasını dəstəkləyiblər. Həmçinin onlar toplanan vəsaitləri əhaliyə yardım üçün deyil, döyüşçülərin maliyyələşdirilməsinə yönəldiblər.

    ABŞ bu təşkilatlar və ayrı-ayrı şəxslər tərəfindən istifadə olunan saxta vəsaittoplama sxemlərini aşkar etmək və qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə edəcəyini bildirir.

    Bununla yanaşı, Amerika tərəfi humanitar yardımın etibarlı və təhlükəsiz təşkilatlar vasitəsilə çatdırılmasını təmin etməkdə və Qəzza sektorunda vəziyyətin sabitləşdirilməsi istiqamətində səyləri dəstəkləməkdə qərarlı olduğunu vurğulayıb


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR