AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

B.Britaniyanın XİN başçısı: "Ümid edirəm, artıq daha yaxşı mərhələdəyik”

  • + A
  • - A
  • Bu gün, 12:32

    B.Britaniyanın XİN başçısı: "Ümid edirəm, artıq daha yaxşı mərhələdəyik”

    Ümid edirəm, artıq daha yaxşı mərhələdəyik” – Trampın geri addımından sonra Yvette Kuper danışıb

    Böyük Britaniyanın xarici işlər naziri Yvette Kuper ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı elan etdiyi “çərçivə razılaşmasına” münasibət bildirib. Kuper bu razılaşmanın mövcud gərginliyi azaltmağa kömək edəcəyinə ümid etdiyini deyib.

    Nazir Sophy Ridge-in sualını cavablandırarkən bildirib ki, yaranmış yeni vəziyyət əsas məsələlərə diqqət yetirməyə imkan verə bilər:
    “Ümid edirəm ki, bu, bizi daha yaxşı mərhələyə gətirib çıxaracaq və biz artıq real problemlərə fokuslana biləcəyik. Bu problemlər Arktika regionunda kollektiv təhlükəsizliyimiz, NATO ölkələrinin birgə fəaliyyəti, suverenliyə hörmət və ortaq təhlükəsizlik məsələləridir. Xüsusilə də Rusiyadan gələn ümumi təhdidlər fonunda.”

    Yvette Kuper razılaşmanın detalları barədə məlumatlı olmadığını qeyd etsə də, Qrenlandiyanın suverenliyinə dəstəyini açıq şəkildə ifadə edib. O, həmçinin Danimarka ilə ABŞ arasında 1951-ci ildə Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı imzalanmış müqaviləni xatırladıb.
    Xarici işlər naziri əlavə edib ki, Böyük Britaniya NATO üzvü kimi Qrenlandiyanın gələcəyi və Arktikanın yüksək şimal bölgəsinin təhlükəsizliyi ilə bağlı aparılan müzakirələrdə iştirak etməyi gözləyir:

    “Böyük Britaniya artıq Arktikada fəal şəkildə iştirak edir və NATO çərçivəsində yanaşmada rol alacağını gözləyirəm.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR