Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti vəzifəsinə seçilib.
Bu barədə məlumatı R. Rubinyan özünün rəsmi feysbuk səhifəsində paylaşıb.
O söyləyib ki, bu vəzifəyə Ermənistan üçün ayrılmış kvota çərçivəsində gətirilib.
Qeyd edək ki, R. Rubinyan həmçinin Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.