AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ iki rus diplomatını BMT tədbirlərinə buraxmayıb

  • + A
  • - A
  • Bu gün, 21:37

    ABŞ iki rus diplomatını  BMT tədbirlərinə buraxmayıb

    ABŞ iki rus diplomatının BMT və “Böyük iyirmilik” (G20) çərçivəsində keçirilən tədbirlərdə iştirakına icazə verməyib.
    Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya məlumat verib. Onun sözlərinə görə, rus nümayəndə heyətinin üzvünə Nyu-Yorkda 27 aprel – 8 may tarixlərində keçirilən BMT-nin İnformasiya Komitəsinin sessiyasında iştirak etmək üçün viza verilməyib. Halbuki sənədlər vaxtında təqdim olunmuşdu.

    Nebenzya bu addımı ABŞ tərəfindən “qəbul edən ölkə haqqında sazişin kobud və sistemli şəkildə pozulması” kimi qiymətləndirib və BMT katibliyini bu cür halların qarşısını almaq üçün tədbir görməyə çağırıb. O, həmçinin arbitraj prosedurunun işə salınmasını təklif edib.

    Bundan əlavə, G20 sammiti ərəfəsində keçirilən Bretton-Vuds institutlarının yaz görüşlərinə də bir rus diplomat buraxılmayıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Dmitri Biriçevski açıqlama verib.

    Onun sözlərinə görə, həmin diplomatın vizası olsa da, o, iştirakçı siyahısından çıxarılıb. ABŞ tərəfi bunu “bütün razılaşdırma mərhələlərinin tamamlanmaması” ilə izah edib.
    Rusiya tərəfi bu məsələ ilə bağlı ABŞ-a etiraz (demarş) göndərib. Biriçevski bildirib ki, bu hadisə ABŞ-ın üzərinə düşən sədr ölkə funksiyalarını tam və obyektiv şəkildə yerinə yetirə bilmədiyini göstərir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR