AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pakistan Əfqanıstan sərhədində blokpostları məhv etdiyini açıqlayıb

  • + A
  • - A
  • Bu gün, 22:24

    Pakistan Əfqanıstan sərhədində blokpostları məhv etdiyini açıqlayıb

    Pakistan Silahlı Qüvvələri Əfqanıstanla sərhəddə yerləşən Çaman bölgəsində bir neçə blokpostu və hərbi texnikanı məhv etdiyini bildirib. Bu barədə ölkənin təhlükəsizlik strukturlarına istinadən “Dawn” nəşri məlumat yayıb.

    Məlumata görə, zərbələr Əfqanıstan tərəfinin və sərhəd zonasında fəaliyyət göstərən silahlı qrupların “təxribatçı və səbəbsiz hücumlarına” cavab olaraq endirilib. Pakistan mənbələri qeyd edir ki, “Qəzəb lil-Həqq” (“Haqlı qəzəb”) adlanan hərbi əməliyyat Əfqanıstan ərazisində yerləşən silahlı qruplaşmalara qarşı yönəlib və qarşıya qoyulan məqsədlər yerinə yetirilənədək davam edəcək.

    Bildirilir ki, sərhəddə döyüş toqquşmaları fevralın 26-dan etibarən yenidən intensivləşib. Əfqanıstan hakimiyyəti isə bəyan edib ki, onların addımları Pakistanın öz ərazilərinə endirdiyi hava zərbələrinə cavab xarakteri daşıyır.

    Pakistanın müdafiə naziri Xavaca Asif daha əvvəl çıxışında tərəflər arasında faktiki olaraq açıq silahlı qarşıdurma vəziyyətinin yarandığını vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR