AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağ Evdə İranla bağlı fikir ayrılıqları yaranıb

  • + A
  • - A
  • Dünən, 22:30

    Ağ Evdə İranla bağlı fikir ayrılıqları yaranıb

    ABŞ-da Donald Tramp-ın İranla müharibənin başa çatması barədə açıqlaması ciddi mübahisələrə səbəb olub. Demokratların Senatdakı lideri Chuck Schumer bu bəyanatı sərt tənqid edərək “tam cəfəngiyyat” adlandırıb.

    Şumer bildirib ki, bu müharibə qanunsuzdur və onun davam etməsi insanların həyatını risk altına qoyur. Onun sözlərinə görə, hər keçən gün daha çox xaos yaranır, qiymətlər artır və bütün bunların yükünü Amerika vətəndaşları daşıyır. O, həmçinin respublikaçıları bu prosesdə məsuliyyət daşımaqda ittiham edib.
    Digər tərəfdən, Ağ Ev tərəfindən Konqresə təqdim olunan rəsmi məlumatda İranla müharibənin “başa çatmış” hesab edildiyi bildirilib. Bu isə ABŞ siyasi dairələrində fikir ayrılığını daha da dərinləşdirib.

    Müşahidəçilərin fikrincə, məsələ ətrafında ziddiyyətli açıqlamalar ölkə daxilində siyasi gərginliyin artmasına səbəb olur və yaxın günlərdə bu mövzuda debatların daha da intensivləşəcəyi gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR