AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan parlamentinin spikeri: “Hakimiyyəti ələ keçirmək cəhdi var”

  • + A
  • - A
  • Dünən, 23:30

    Ermənistan parlamentinin spikeri: “Hakimiyyəti ələ keçirmək cəhdi var”


    Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, ölkədə hakimiyyətin dəyişdirilməsinə yönəlmiş siyasi əməliyyat cəhdi müşahidə olunur.

    O, bu fikirləri İctimai Televiziyanın efirində səsləndirərkən, məsələni Ermənistanın Rusiya ilə münasibətləri kontekstində şərh edib. Simonyanın sözlərinə görə, Ukraynada maraqlar hərbi yollarla irəli sürüldüyü halda, Ermənistanda bu proses daha çox siyasi və informasiya vasitələri ilə həyata keçirilir.

    Spiker iddia edib ki, bəzi qüvvələr Ermənistanın demokratik mühitindən istifadə etməyə çalışır. Onun sözlərinə görə, açıq internet imkanlarından yararlanaraq xarici maliyyə hesabına geniş reklam kampaniyaları təşkil edilir və bununla ictimai rəyə təsir göstərmək niyyəti güdülür.

    “Biz Ermənistanın ‘quberniya’ya çevrilməsinə imkan verməyəcəyik. Ölkəmizin Belarus kimi idarə olunmasına razı olmayacağıq”, – deyə Simonyan vurğulayıb.
    O əlavə edib ki, hakimiyyət bu cür cəhdlərin qarşısını almaqda qətiyyətlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR