AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ diplomatik xidmətində istefa gözlənilir

  • + A
  • - A
  • 5-05-2026, 17:29

    Aİ diplomatik xidmətində istefa gözlənilir


    Avropa İttifaqı diplomatik xidmətinin baş katibi Belen Martinez Carbonell həyata keçirilən struktur islahatları fonunda vəzifəsindən istefa verməyə hazırlaşır.

    Bu barədə Politico nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, istefanın dəqiq vaxtı hələ müəyyən edilməyib. Eyni zamanda, Karbonellin gələcəkdə Latın Amerikası regionunda yeni vəzifəyə təyin oluna biləcəyi ehtimal edilir.

    Qeyd edək ki, Karbonell bu vəzifəyə ötən ilin fevral ayında təyin olunmuş və Stefano Sanninonu əvəz etmişdi.

    Məlumata görə, bu dəyişikliklər Kaja Kallasın təşəbbüsü ilə həyata keçirilən islahatların nəticəsidir. İslahatlar çərçivəsində yeni rəhbər vəzifə yaradılıb və Karbonellin bir sıra səlahiyyətləri, o cümlədən diplomatik korpusla əlaqələrin koordinasiyası həmin vəzifəyə verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR