AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

C. Koreyada keçmiş birinci xanımın işinə baxan hakim ölü tapılıb

  • + A
  • - A
  • 6-05-2026, 13:03

    C. Koreyada keçmiş birinci xanımın işinə baxan hakim ölü tapılıb

    Cənubi Koreyada səs-küylü korrupsiya işi üzrə hökmü sərtləşdirən hakim ölü vəziyyətdə tapılıb. Bu barədə Yonhap News Agency məlumat yayıb.
    Məlumata görə, hakim Sin Conq O Seul Ali Məhkəməsinin binası yaxınlığında gecə saat 01:00 radələrində, gül kollarının yanında aşkar edilib. Onun yanında vida məktubu da tapılıb. Polis hadisənin səbəblərini araşdırır, o cümlədən intihar versiyası nəzərdən keçirilir.

    Sin Conq O apellyasiya mərhələsində keçmiş birinci xanım Kim Qon Hi barəsində korrupsiya işi üzrə məhkəmə prosesinə sədrlik edib. Xatırladaq ki, ilkin instansiya məhkəməsi onu 20 ay azadlıqdan məhrum etmişdi. Lakin 28 aprel tarixində hakim hökmü sərtləşdirərək 4 il həbs cəzası təyin edib.
    Yerel KİV-lərin məlumatına görə, hakimə aid olduğu bildirilən vida məktubunda bu işlə bağlı hər hansı qeyd yoxdur.

    Qeyd edək ki, keçmiş prezident Yun Sok Yol 2024-cü ilin dekabrında konstitusiyaya zidd olaraq hərbi vəziyyət elan etmiş, 2025-ci ilin aprelində isə vəzifəsindən kənarlaşdırılmışdı.

    Hadisə ilə bağlı araşdırmalar davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR