AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

KALİFORNİYA SAHİLLƏRİNDƏ AKULALAR ARTA BİLƏR

  • + A
  • - A
  • 6-05-2026, 14:20

    KALİFORNİYA SAHİLLƏRİNDƏ AKULALAR ARTA BİLƏR

    ABŞ-nin Kaliforniya ştatında akulaların sayının artacağı ehtimal edilir. Buna səbəb isə El Niño meteoroloji hadisəsidir.
    Məlumata görə, bu fenomen Sakit okeanın ekvatorial hissəsində suyun səth temperaturunun anormal yüksəlməsinə gətirib çıxarır. Nəticədə Cənubi Kaliforniya sahillərində suyun istiləşməsi müşahidə olunur və bu da akulaların miqrasiyasına təsir edir.

    Mütəxəssislər bildirir ki, daha isti sular səbəbindən bəzi növlər – o cümlədən ağ akulalar və çəkicbaş akulalar – çoxalma üçün şimal istiqamətinə doğru hərəkət edə bilər. Eyni zamanda, daha cənubda yaşayan növlərin, məsələn, pələng akulalarının isə onların yerini tutaraq sahil bölgələrinə yaxınlaşacağı gözlənilir.

    Alimlərin fikrincə, bu dəyişikliklər akulaların davranışında və yayılma coğrafiyasında müvəqqəti dəyişikliklərə səbəb ola bilər. Bu isə xüsusilə yay mövsümündə sahil zonalarında diqqətli olmağı zəruri edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR