AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

LİVANIN CƏNUBUNDA TİBB MƏNTƏQƏSİ HAVA ZƏRBƏSİNƏ MƏRUZ QALIB

  • + A
  • - A
  • 6-05-2026, 14:24

    LİVANIN CƏNUBUNDA TİBB MƏNTƏQƏSİ HAVA ZƏRBƏSİNƏ MƏRUZ QALIB

    İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Darkifa yaşayış məntəqəsində yerləşən təcili tibbi yardım məntəqəsinə zərbə endirdiyi bildirilir. Hadisə Livanın cənubunda baş verib.

    Livan Mülki Müdafiə Xidməti tərəfindən yayılan açıqlamada qeyd olunur ki, hava hücumu nəticəsində bir neçə xilasedici yaralanıb.
    Məlumata əsasən, hadisə yerinə yaralı əməkdaşlara yardım göstərmək üçün gələn təcili yardım briqadaları ikinci dəfə hava zərbəsinə məruz qalıb. Nəticədə xəsarət alanların sayının artdığı ehtimal olunur.

    Hadisənin detalları və mümkün itkilərlə bağlı əlavə məlumatların araşdırıldığı bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR