AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şimali Koreya Konstitusiyadan Koreyaların birləşməsi müddəasını çıxarıb

  • + A
  • - A
  • 6-05-2026, 18:42

    Şimali Koreya Konstitusiyadan Koreyaların birləşməsi müddəasını çıxarıb


    Şimali Koreya Konstitusiyasına mühüm dəyişiklik edərək, Cənubi Koreya ilə birləşmə ideyasını əsas qanundan çıxarıb. Yenilənmiş sənəddə artıq iki Koreyanın ayrı-ayrı dövlətlər kimi qəbul edildiyi vurğulanır.

    Məlumata görə, dəyişikliklər mart ayında Şimali Koreyanın ali qanunverici orqanı tərəfindən qəbul olunub. Yeni redaksiyada ölkənin ərazi anlayışı da ilk dəfə konkret şəkildə təsbit edilib. Konstitusiyanın 2-ci maddəsində bildirilir ki, Şimali Koreyanın ərazisi şimalda Çin və Rusiya ilə, cənubda isə Cənubi Koreya ilə həmsərhəd olan torpaqları əhatə edir.

    Sənəddə Cənubi Koreya ilə dəqiq sərhəd xətti göstərilməyib, həmçinin mübahisəli dəniz sərhədlərinə də toxunulmayıb. Bununla belə, Konstitusiyada vurğulanır ki, ölkə öz ərazi bütövlüyünə qarşı hər hansı müdaxiləyə dözməyəcək.
    Ekspertlərin fikrincə, konkret sərhədlərin qeyd olunmaması Pxenyanın əlavə gərginlik yaratmamaq niyyəti ilə bağlı ola bilər. Bunun fonunda isə Şimali Koreya rəhbərliyi iki Koreyanı “bir-birinə düşmən dövlətlər” kimi təqdim edən yeni siyasi xətti rəsmiləşdirir.

    Yenilənmiş Konstitusiyada ölkə lideri Kim Çen In rəsmi şəkildə dövlət başçısı kimi təsbit olunub. O, Dövlət Şurasının sədri kimi göstərilir və ölkənin nüvə qüvvələrinə rəhbərlik etdiyi qeyd olunur.

    Sənəddə Şimali Koreya həmçinin özünü nüvə silahına malik məsul dövlət kimi təqdim edir. Bu müddəa ölkənin nüvə potensialını inkişaf etdirməyi, təhlükəsizliyini təmin etməyi və mümkün müharibələrin qarşısını almağı hədəflədiyini vurğulayır.
    Bu dəyişikliklər Koreya yarımadasında münasibətlərin gələcək inkişafı baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR