AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Livan və İsrail arasında danışıqların üçüncü raundu gələn həftə keçiriləcək

  • + A
  • - A
  • 7-05-2026, 21:48

    Livan və İsrail arasında danışıqların üçüncü raundu gələn həftə keçiriləcək

    Livan və İsrail arasında birbaşa danışıqların üçüncü raundu gələn həftə ABŞ-ın paytaxtı Vaşinqtonda baş tutacaq.
    Məlumata görə, görüşlər cümə axşamı və cümə günləri keçiriləcək. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi “Al Arabiya” telekanalına açıqlamasında bildirib.
    Danışıqlar İsrailin Beyruta endirdiyi son zərbələrdən sonra keçiriləcək. İsrail tərəfi hücum nəticəsində “Hizbullah”ın yüksək rütbəli komandirlərindən birinin öldürüldüyünü iddia edib.
    Son həftələr Vaşinqton Livan və İsrail səfirləri arasında iki raund birbaşa danışıqlara ev sahibliyi edib. ABŞ Dövlət Departamenti isə “Hizbullah”ı danışıqlar prosesini pozmağa çalışmaqda ittiham edib. Qurumun nümayəndəsinin sözlərinə görə, təşkilat İsrailə qarşı hücumlar və Livan ərazisindən səsləndirilən təhdidlərlə prosesi gərginləşdirməyə çalışır.

    İkinci raund zamanı ABŞ Prezidenti Donald Trump danışıqlara şəxsən maraq göstərərək prosesə qoşulub. Bundan sonra görüşlər Dövlət Departamentindən Ağ Evə köçürülüb. ABŞ vitse-prezidenti JD Vance, dövlət katibi Marco Rubio və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Keynə danışıqlara rəhbərlik etmək tapşırılıb.

    Bundan əlavə, Donald Tramp Livan Prezidenti Joseph Aoun ilə İsrailin Baş naziri Benjamin Netanyahu arasında yaxın vaxtlarda Ağ Evdə görüş keçirilə biləcəyini də istisna etməyib.
    Lakin Beyrut rəsmiləri bildiriblər ki, atəşkəs razılaşması əldə olunmadan və İsrail qoşunları Livan ərazisindən tam çıxarılmadan belə bir görüşü müzakirə etmək hələ tezdir.

    ABŞ-ın Beyrutdakı səfirliyi isə ötən həftə bəyan edib ki, mövcud atəşkəs Livana öz qanuni tələblərini irəli sürmək üçün imkan yaradır və Vaşinqton bu məsələlərə xüsusi diqqət yetirəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR